“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla birillik müqavilə imzalanıb.
O, karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaya”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Skafati” klublarında çıxış edib. Təcrübəli basketbolçu ölkəsinin yığma komandasının üzvüdür.
Rəylər