“Sabah” futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı xəbər həqiqətəuyğun deyil.
Bu barədə Oxu.Az-a klubdan açıqlama verilib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb:
“Araşdırmadan sonra məlum olub ki, klubumuza məxsus avtobus cərimə edilməyib. Yayılan informasiya həqiqətəuyğun deyil”.
15:16
“Sabah” futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Lent.Az-ın məlumatına görə, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
“Sabah” klubundan məsələ ilə bağlı Oxu.Az-a münasibət bildrilib.
“Sözügedən yol hərəkət qayda pozuntusu barədə məsələ klub daxilində araşdırılıb, müvafiq tədbir görüləcək”, - deyə qeyd olunub.
Səbuhi Musa