Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Sabah”ın U-9 komandası Minskdə beynəlxalq turnirdə iştirak edib - FOTO
“Sabah”ın U-9 komandası Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən “Bizim gələcəyimiz” beynəlxalq turnirində iştirak edib.
Klubdan verilən məlumata görə, “Sabah”ın U-9 komandası turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” kollektivləri ilə birlikdə A qrupunda yer alıb.
“Sabah” qrupda BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Komanda qrupu üçüncü pillədə başa vurub.
Məhərrəm Müslümzadənin yetirmələri 9-12-ci yerlər uğrunda mübarizədə isə Rusiyanın “Nijni-Novqorod” (0:3) və Belarusun “Volqa Brest” (2:4) komandalarına uduzublar. Beləliklə, Bakı klubu yarışı sonuncu pillədə başa vurub.
Rəylər