Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Sabah”la yolları ayıran baş məşqçi: “Çətin qərar idi” - YENİLƏNİB + VİDEO
“Sabah” son iki mövsümdə kifayət qədər parlaq oyun və yaxşı nəticələr göstərirdi”.
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis bu ölkənin mətbuatına açıqlamasında Bakı klubundakı postundan istefa verməsinin səbəbinə aydınlıq gətirib: “Komandanın çox qələbələri olub. İndi isə biz həmin oyunu, hər matça çıxdığımız ehtirası itirmişik. Mən hesab etdim ki, dəyişiklik klubun və mənim xeyrimə olacaq. Bu çempionatda komanda 3-cü yerdən cəmi 5 xal geri qalır. Avrokuboklara düşmək, mövsümü yaxşı bitirmək üçün hər cür əsas var. Bu, çətin qərar idi. Amma faydalı olacağını hesab etdim”.
Qeyd edək ki, 2021-ci ilin oktyabrın 30-dan “Sabah”ı çalışdıran Musayev “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən iki gün sonra istefa verib.
11:22
“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət).
“Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Rəylər