“Nyukasl” İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində evdə “Fulhem”i məğlub edib.
Matç ev sahiblərinin 3:0 hesablı qələbəsilə yekunlaşıb.
“Sağsağanlar”ın heyətində Lüis Mayli (57-ci dəqiqə), Migel Almiron (67-ci dəqiqə) və Den Bern (82-ci dəqiqə) fərqləniblər.
Qonaqlar görüşün 22-ci dəqiqəsindən etibarən bir nəfər azlıqda oynayıblar. Raul Ximenes qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bu nəticədən sonra “Nyukasl” 29 xalla turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Fulhem” 21 xalla 11-ci yerdə qərarlaşıb.