Azərbaycan Stolüstü Tennis Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Baş nazirin müavini Şahin Mustafayev yenidən 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri təyin olunub, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Səbuhi Musayev
10:18
Bu gün daha bir federasiyada Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Stolüstü Tennis Federasiyasında seçki baş tutacaq.
Gənclər və İdman Nazirliyinin inzibati binasında saat 19:00-da başlayacaq seçkidə qurumun prezidenti seçiləcək.
Qeyd edək ki, Stolüstü Tennis Federasiyasının hazırkı prezidenti Baş nazirin müavini, 2008-2019-cu illərdə iqtisadiyyat naziri olmuş Şahin Mustafayevdir. O, 2013-cü ildən bu federasiyaya rəhbərlik edir. Ona qədər isə bu postda prezident 2008-2013-cü illərdə keçmiş kənd təsərrüfatı naziri, Baş nazirin sabiq müavini İsmət Abbasov olub.
Xatırladaq ki, Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasından sonra federasiyalarda Hesabat-Seçki Konfransları keçirilir.
Səbuhi Musayev
FOTO: Tapdıq Abdullayev