Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Salahı, Hakimini geridə qoyan futbolçu üçün “Çelsi” və PSJ kisənin ağzını açdılar: 130 milyon avro - FOTO
“Napoli”nin hücumçusu Viktor Osimhen yayda Avropanın top-klublarından birinə keçməyə hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, bu barədə insayder Nikolo Skira özünün “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, artıq “Çelsi” və PSJ təmsilçiləri nigeriyalı forvardın transferi üzərində işləyirlər.
Hər iki klub 25 yaşlı futbolçunu 130 milyon avroya ala bilər. Bu məbləğ futbolçunun müqaviləsində təzminat kimi göstərilib.
Qeyd edək ki, Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. Hücumçu bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib və doqquz qol vurub, üç məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı il iyunun sonuna kimi qüvvədədir.
“Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 110 milyon avrodur.
Qeyd edək ki, Nigeriya millisinin hücumçusu Afrika qitəsində 2023-cü ilin ən yaxşı futbolçusu adına layiq görülüb. O, səsvermədə Məhəmməd Salah (“Liverpul”) və Əşrəf Hakimini (PSJ) qabaqlamağı bacarıb.
Rəylər