Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Səbail" baş məşqçi ilə bağlı yekun qərarını verdi
"Səbail" klubu baş məşqçi Şahin Diniyevlə bağlı qərarını verib.
Oxu.Az xəbər verir ki, "Səbail"i yeni mövsümdə də Şahin Diniyev çalışdıracaq.
Müqaviləsi bu ayın sonu bitəcək mütəxəssislə yeni anlaşma imzalanacaq. Son günlər Bayıl təmsilçisində baş məşqçi dəyişikliyi çox müzakirə olunsa da, klub rəhbərliyi Diniyevlə yola davam etmək barədə qərar qəbul edib.
Qeyd edək ki, Şahin Diniyev 2022/23 mövsümündən etibarən "Səbail" klubunu çalışdırır.
Ən çox oxunanlar