Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib
“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib.
Bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş Silvayn Deslandes bundan sonra Bakı klubunun şərəfini qoruyacaq. 26 yaşlı sol cinah müdafiəçisi yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Fransada “Kan” klubunun yetirməsi olan Silvayn Deslandes son olaraq Macarıstan təmsilçisi “Debretsen”də çıxış edib. O, 2015-20-ci illərdə İngiltərə klubu “Vulverhempton”a məxsus olub.
"Fransa" teqi üzrə xəbərlər
Ən çox oxunanlar