Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Səbinə Əliyeva “Bayern Open”dən imtina edib
Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva “Bayern Open” turnirinə qatılmayıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Almaniyada yeniyetmə qızların mübarizəsində iştirak etməli idi.
O, yanvarın 31-də qısa proqramla çıxış etməli olan 28 idmançı arasında yer almışdı. Lakin Əliyeva qeyri-müəyyən səbəblərdən turnirdə iştirakdan imtina edib.
Qeyd edək ki, ötən ay Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” turnirində ikinci yeri tutan Əliyeva yeniyetmələrin dünya çempionatına vəsiqə qazanıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya Ukraynaya silah tədarükündə son həddə çatıb
- Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi
- Avropanın bəzi ölkələrində elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşüb
- Almaniyada avtomobil insanların üstünə sürülüb: Ölənlərin və yaralananların sayı ARTDI
- Berlində İlon Maskın mağazasına boya tökdülər
Ən çox oxunanlar