“Qəbələ” və Tbilisinin “Dinamo” komandaları arasında futbol matçı zamanı Azərbaycan azarkeşləri tərəfindən Gürcüstan bayrağının yandırılması təxribatdır və araşdırılmalıdır, Gürcüstan səfiri Teymuraz Şaraşenidze bəyan edib.
“Bu, iki ölkə, Gürcüstan və Azərbaycan arasında münasibətlərin korlanmasında maraqlı olanların dəyirmanına su tökən təxribatdır, - Oxu.Az Qruziya Onlayn üçün bəyanat verən səfirin sözlərindən sitat gətirir. – Faktiki olaraq bu, Tbilisidə baş verənlərə cavab reaksiyası idi.
Ona görə də biz belə məfhumların qarşısını almağa çağırırıq ki, onlar gələcəkdə təkrar olunmasın. Hüquq mühafizə orqanlarına müraciət edirəm, Azərbaycan tərəfinə müraciət edirəm – bu faktı təcili araşdırmaq lazımdır”.
Tbilisi “Dinamo”sunun rəhbərliyi UEFA-ya Azərbaycan azarkeşlərinin davranışına dair müraciət edəcək, bu barədə klubun direktoru Nikoloz Caqarkava bəyan edib. “Klub bəyanat verəcək və öz mövqeyini qeyd edəcək”, - o deyib.
İyul ayının 9-da Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçında “Qəbələ” fanatları müasir Gürcüstan ərazisinin daxil olduğu Azərbaycan xəritəsini, eləcə də azərbaycanlıların yaşadığı gürcü rayonlarının Azərbaycan adları yazılan banerləri qaldırıblar.
Bu hərəkətlər Tbilisidə keçirilən birinci matç zamanı baş verən hadisəyə cavabdır, həmin hadisə zamanı gürcü azarkeşləri Azərbaycan azarkeşlərinin əlindən döyərək aldıqları Azərbaycan bayrağını tapdalayıblar.
Matç zamanı gürcü fanatları Azərbaycanın iki regionunun Gürcüstana aid olduğuna işarə edən banerlər asıblar.
F.H.
www.oxu.az