Çinin Xuayan şəhərində Dünya İntellektual Oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin rapid yarışlarının qalibi olub.
7 turdan sonra 5 xal toplayan həmyerlimiz tay-breykdə Ukrayna nümayəndəsi Ruslan Ponomaryovu məğlub edərək ən güclü olduğunu sübut edib.
Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov 3,5 xal toplayaraq doqquzuncu yerlə kifayətlənməli olub.
F.H.
www.oxu.az