Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot 2026" turnirinin qrup mərhələsində ilk görüşlərinə çıxıb.
Oxu.Az xəbər verir ki, C qrupunda mübarizə aparan qrosmeyster erməni şahmatçı Hayk Martirosyanla qarşılaşıb.
İki şahmatçı arasında keçirilən görüşlər 1:1 hesabı ilə yekunlaşıb. İlk partiyada ağ fiqurlarla oynayan Martirosyan Məmmədyarova uduzub. Cavab görüşündə isə qara fiqurlarla mübarizə aparan erməni qrosmeyster qələbə qazanıb.
Qeyd edək ki, C qrupunda Şəhriyar Məmmədyarov və Hayk Martirosyanla yanaşı, Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri və Abhimanyu Mişra da yer alıblar.