"Qarabağ"ın gücünün hansı səviyyədə olduğunu çox yaxşı bilirdik".
Oxu.Az xəbər verir ki, bunu İrlandiyanın "Şelburn" klubunun futbolçusu Conatan Lunney UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında söyləyib.
"Biz "Qarabağ"ın gücünü yaxşı bilirdik. Onlara qarşı oyunun çətin keçəcəyini gözləyirdik. Futbolda hər şey mümkündür. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik", - deyə o bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" qarşılaşması iyulun 30-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Dublində oynanılan ilk görüşdə Qurban Qurbanovun komandası 3:0 hesabı ilə qalib gəlib.
Anar Həsənov