Albaniya baş nazirinin qardaşı Olsi Rama, Belqradda Serbiya və Albaniya arasında futbol matçını yarımçıq qoyduğu üçün saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə 15 oktyabrda, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadən Serbiyanın Tanjug agentliyi bildirib.
DİN rəhbəri futbol matçında yaradılan problemin düşünülmüş olduğunu söyləyib. Bu hərəkətin siyasi təxribat olduğunu və bunun üçün Belqradın məsuliyyət daşımadığını söyləyib.
Öz növbəsində Albaniyanın baş naziri Edi Rama Twitter-də serblərin davranışlarına görə özləri haqqında pis təəssürat yaratdıqlarını yazıb.
Bununla yanaşı baş verənlərdə qardaşının aidiyyatını şərh etməyib.