Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.
Son tur olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.
A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq, 1-ci yeri tutub.
Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.
B qrupunda isə İspaniya İsveçi minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.
A qrupu
Lüksemburq – İrlandiya 0:3
Qollar: Şeyn Dafi, 67. Çidozi Oqbene, 75. Kalum Robinson, 88