Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Şerif"in baş məşqçisi: "Sabahkı oyunda revanş üçün çalışacağıq"
"Sabahkı oyunda revanş üçün çalışacağıq".
Oxu.Az xəbər verir ki, bu sözləri "Şerif"in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə Bakıda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
"Əlimizdən gələni edəcəyik. Rəqib barədə ilk oyundan öncə ötən mövsüm "Qəbələ"də çıxış edən, hazırda isə bizdə oynayan Əyyub Allaşdan məlumat almışam. Eləcə də "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi "Qarabağ"ın heyətində "Şerif"ə qarşı oyunlar keçirib. Köməkçi məşqçim onunla Türkiyədə komanda yoldaşı olub. Buna görə onu çox yaxşı analiz etmişik və məlumat toplamışıq".
Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Şerif" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.
Anar Həsənov
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Flamenqo" klubunda tibbi müayinədən keçən Olavio Juninyo ilk üç oyunda meydana çıxmayacaq
- "Qarabağ" yeni hücumçusunu Polşada tapdı
- Olavio Juninyonun "Flamenqo"ya keçidi tamamlandı - Həyat yoldaşı Azərbaycan xalqına təşəkkür etdi
- "Neftçi" və "Qarabağ" eyni hücumçuya elçi düşüb
- Azərbaycan Premyer Liqasında transfer pəncərəsi: Gələn və gedən futbolçular
Rəylər