Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Serxi Roberto “Barselona”da son mövsümünü keçirəcək
“Barselona”nın müdafiəçisi Serxi Roberto bu mövsüm sonuncu dəfə komandada olacaq.
Jurnalist Toni Xuanmarti xəbər verir ki, katalonların kapitanı 2024-cü ilin iyununda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi ilə razılaşıb.
Bildirilir ki, Joao Kanselonun mövsümün ilk aylarında göstərdiyi yaxşı performans Robertoya yeni müqavilə təklifini çətinləşdirib. Belə ki, portuqaliyalı futbolçu cari mövsümdə səkkiz oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kataloniya klubunda keçirdiyi on mövsümdə Serxi 25 titul qazanıb. İspan futbolçu karyerasını ABŞ MLS və ya Səudiyyə Ərəbistanı Liqasında davam etdirə bilər.
Xatırladaq ki, onun keçmiş komanda yoldaşları Messi, Buskets və Alba “İnter Mayami” klubunda çıxış edirlər.
Mənbə: championat.com
"Barselona FK" teqi üzrə xəbərlər
- "Mançester Siti" Qvardiolanın yerinə "Barselona"nın əfsanəsini gətirmək istəyir
- La Liqa: "Barselona" "Atletiko"nu geridönüşlə məğlub edərək liderliyə yüksəldi
- "Atletiko Madrid" - "Barselona" matçı bu gecə TVNET SPORT-da
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu