Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Serxio Oliveyra "Qalatasaray"ın birmilyonluq ayrılıq təklifini qəbul etməyib
Serxio Oliveyraya komandanı tərk etməsi üçün "Qalatasaray" klubundan bir milyon avro təklif olunsa da, futbolçu bu məbləğin kifayət etmədiyini və ayırlmayacağını bildirib.
Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, Serxio Oliveyra "Qalatasaray" klubunu tərk etmək üçün bir milyon avrodan daha çox məbləğ gözlədiyi üçün ayrılmayacağını deyib.
"Qalatasaray" rəsmiləri 32 yaşlı yarımmüdafiəçiyə komandada qalacağı təqdirdə heç bir oyuna buraxılmayacağını və maaş almayacağını bildiriblər.
Qeyd edək ki, Serxio Oliveyra karyerası ərzində ümumilikdə 410 oyunda meydana çıxıb, 69 qol, 38 məhsuldar ötürmə ilə yadda qalıb.