Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu PSJ-nin hücumçusu Kilian Mbappeni almaq niyyətində olduğunu bildirib.
Bu barədə insayder Fabris Hokins “Twitter”də məlumat verib.
Mənbənin məlumatına görə, səudiyyəlilər bu transfer üçün PSJ-yə 200 milyon avro ödəyəcəklərini bildiriblər. Qeyd olunur ki, Yaxın Şərq klubundan hücumçuya ümumi məvacibi 400 milyon avro olan iki illik müqavilə təklif olunur.
Bildirilir ki, Mbappe ilə “Çelsi” də maraqlanır. Lakin komandanın hələlik parislilərə rəsmi təklif göndərmədiyi vurğulanır.