Səudiyyə Ərəbistanının 31-ci turanda “Əl-Hazem”i məğlub edən “Əl-Hilal” çempionluğunu rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi oyuna daha fəal başlayan meydan sahibləri hesabı 15-ci dəqiqədə açıblar. Aleksander Mitroviç penaltini dəqiq yerinə yetirib - 1:0.
34-cü dəqiqədə Faiz Selemanı bərabərlik qolunu vurub - 1:1.
39-cu dəqiqədə təhlükəni sovuşdurmağa çalışan Əhməd Əl-Cuvayd avtoqol müəllifi olub - 2:1.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqəsində Mitroviç fərqi ikiyə yüksəldib - 3:1.
Üç dəqiqə sonra Sergey Milinkoviç-Saviç rəqibi yenidən meydanın mərkəzinə dəvət edib - 4:1.
Qalan vaxtda komandalar çox çalışsalar da, hesab dəyişməyib.
Qeyd edək ki, xallarının sayını 89-a yüksəldən “Əl-Hilal” 19-cu dəfə Səudiyyə Ərəbistanı Liqasının çempionu olub.
Rəylər