“Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone 2022/23 mövsümünün sonunda klubu tərk edəcək.
Mənbə yazır ki, 52 yaşlı argentinalı mütəxəssis qərarı barədə Madrid klubunun baş direktoru Migel Anxel Xilyanı xəbərdar edib.
Xatırladaq ki, D.Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. O bu kluba İspaniya çempionluğunu, İspaniya Superkubokunu, Avropa Liqası çempionluğunu, UEFA Superkubokunu qazandırıb.
Mənbə: El Chiringuito
Rəylər