Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloninin dekabr ayında öz vəzifəsini tərketmə ehtimalı olduqca yüksəkdir.
Oxu.Az xəbər verir ki, bu barədə "Ataque Futbolero" portalı məlumat yayıb.
"Müqaviləyə əsasən, dekabr ayına qədər öz vəzifəmi yerinə yetirməyə davam edəcəyəm. Daha sonra isə federasiya rəhbəri ilə mütləq danışacağam.
Millinin baş məşqçisi olmaqdan qürur duyuram. Lakin dekabrdan sonra vəziyyət asan olmayacaq. Çox güman ki, mən gedəcəyəm", - deyə argentinalı çalışdırıcı bildirib.
Qeyd edək ki, 48 yaşlı Skaloni 2018-ci ildən etibarən Argentina yığmasına rəhbərlik edir. Onun baş məşqçiliyi altında komanda 2022-ci ildə dünya çempionu adını qazanıb və 2026-cı il mundialının finalına yüksəlib.
Həmçinin Argentina millisi Skaloninin rəhbərliyi altında iki dəfə (2021, 2024) Amerika Kubokunun qalibi olub.