Futbol üzrə Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Benin üzərindəki 3:0 hesablı qələbədən sonra Lionel Messinin milli komandadakı son oyunu ilə bağlı şərh verib və gələcək planlarından danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TyC Sports" nəşri məlumat verib.
"Əgər hər şey yaxşı gedərsə, milli komanda ilə işləməyə davam edəcəyəm. Messi özündən sonra inanılmaz miras qoyub. Məhz elə bunu da mən yaddaşımda saxlayacağam. Futbol meydanında bir daha heç vaxt belə bir şey olmayacaq və biz ona sonsuz dərəcədə minnətdarıq. Federasiya ilə müqavilənin uzadılmasına gəlincə isə, hələ ki heç bir xəbər yoxdur", - deyə Skaloni qeyd edib.
Xatırladaq ki, Lionel Skaloni Argentina milli komandası ilə 2022-ci il futbol üzrə dünya çempionatını qazanıb.