Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə S.Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Onun sözlərinə görə, elektron ticarətin dəstəklənməsi və inkişafı dünya iqtisadiyyatının ən dinamik inkişaf edən istiqamətlərindən biridir:
"Vətəndaşlarımız üçüncü ölkələrdən mallar əldə etmək üçün beynəlxalq elektron ticarət platformalarından fəal şəkildə istifadə edirlər. Bununla əlaqədar, Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edirik".