Son İtaliya çempionu “Napoli” A Seriyasının IV turunda xal itkisi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, Neapol klubu səfərdə “Cenoa” ilə bacarmayıb - 2:2.
Meydan sahibləri 40-cı dəqiqədə Mattia Bani və 56-cı dəqiqədə Matteo Reteqinin qolları ilə üstünlük qazansalar da, bunu qoruya bilməyiblər. 76-cı dəqiqədə Cakomo Raspadori, səkkiz dəqiqə sonra Matteo Politano fərqlənərək “Napoli”ni məğlubiyyətdən xilas ediblər.
Bu nəticədən sonra Neapol klubu yeddi xalla beşincidir. “Cenoa” isə dörd xalla 12-ci pillədə qərarlaşıb.
Son İtaliya çempionu səfərdə büdrədi - VİDEO
Faiq Tahirov