Sovet futbolunun yaşayan əfsanələrindən biri Vladimir Bessonov da əlinə silah alıb Ukraynanın müdafiəsinə qalxıb.
64 yaşlı futbolçu bununla bağlı videomüraciət yayıb.
“Bizə burada rusiyalılar lazım deyil. Biz öz vətənimizi və evlərimizi qoruyacağıq!” - deyə “Bes” ləqəbli keçmiş futbolçu bildirib.
Qeyd edək ki, Xarkovda doğulmuş altıqat SSRİ çempionu V.Bessonov 79 dəfə ittifaq millisinin formasını geyinib.