Gürcüstanın paytaxtı Tbilisidə pauerliftinq idmanının “bench-press” növü üzrə keçirilən yarışda Elizbar Məmmədov ikinci yeri qazanıb.
Oxu.Az xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda Elizbar Məmmədov 93 kiloqram çəki dərəcəsində mübarizə aparıb və 130 kiloqram ağırlığın öhdəsindən gələrək ikinci yeri qazanıb.
O, yarışa “Rustavi çempionlar komandası”nın adından qatılıb.
Qeyd edək ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin ibtidai sinif müəllimi ixtisasına yiyələnib. 5 ildir ki, həvəskar idmanla və pauerliftinq idmanının “bench-press” növü ilə məşğul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə “24News TV” internet televiziyasının “Gəncin yolu” və “Sosial Eksperiment” verilişlərinin aparıcısı olub.