Moskva “Spartak”ı Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Legiya”ya qarşı son görüş üçün Varşavaya yollanıb.
Rusiya komandası Polşaya Rusiya qəhrəmanı Damir Yusupovun idarə etdiyi təyyarə ilə gedib. Klubun bununla bağlı paylaşımında pilotun həmçinin “Spartak” azarkeşi olduğu vurğulanır.
Qeyd edək ki, milli futbolçumuz Mahir Emrelinin çıxış etdiyi “Legiya” dekabrın 9-da evində “Spartak”ı qəbul edəcək.