"Sumqayıt" klubu dörd futbolçusu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, "Sumqayıt" futbol klubu müqavilə müddətləri başa çatan futbolçularla - Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Murad Xaçayev və Bobir Abdixolikovla yolları ayırıb.