"Sumqayıt" yeni transferini açıqlayıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, "Gənclik şəhəri" təmsilçisi Serbiyanın U-21 millisində çıxış etmiş hücumameyilli yarımmüdafiəçi Nikola Ninkoviçi sıralarına cəlb edib.
30 yaşlı oyunçu karyerası ərzində İtaliyada "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşia" klublarının formasını geyinib. Onun sonuncu iş yeri ölkəsinin "Tekstilaç" klubu olub.