2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunun keçidini reallaşdırıb.
Klubun rəsmi saytının məlumatına görə, Sumqayıt komandası son mövsümü Portuqaliyanın “Unian” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb.
Üç illik müqaviləyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi bu komandada “15” nömrəli formada çıxış edəcək.