Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![“Sumqayıt” və “Kəpəz” heç-heçə oynadılar – VİDEO](https://images.oxu.az/2015/12/07/23/57/19/778/12346351_972146879524357_5264121801403107738_n:1200.jpg)
“Sumqayıt” və “Kəpəz” heç-heçə oynadılar – VİDEO
Bu gün Azərbaycanın futbol üzrə Topaz Premyer-liqasının 15-ci turunun son iki matçı baş tutub.
Oxu.Az xəbər verir ki, “Sumqayıt” evdə “Kəpəz” ilə heç-heçə oynayıb – 2:2. Gəncəlilər yalnız matçın sonunda hesabı bərabərləşdirə biliblər.
![](https://img.youtube.com/vi/LGDP9kqmHck/sddefault.jpg)
Daha bir oyunda “Rəvan” AZAL ilə heç-heçə edib – 0:0.
Xatırladaq ki, bazar günü “Qəbələ” Lənkəranda 1:0 hesabı ilə qalib gəlmiş, “Neftçi və “Zirə” 1:1 hesablı heç-heç etmiş, “Qarabağ” isə “İnter”in qapısından 1 cavabsız top keçirmişdi.
Turnir cədvəli:
1. “Qarabağ” – 35 xal (15 matç)
2. “Qəbələ” – 27 (15)
3. “Zirə” – 25 (15)
4. “İnter” – 24 (15)
5. “Kəpəz” – 21 (15)
6. “Neftçi” – 20 (15)
7. AZAL – 13 (15)
8. “Sumqayıt” – 13 (15)
9. “Xəzər-Lənkəran” – 12 (15)
10. Rəvan – 10 (15)
F.H.
www.oxu.az
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Qazaxıstanlı nazirdən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
- Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILIR
- AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirilib
- Əli Əsədov təyyarə qəzasından sonra yardıma görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi
Rəylər