Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Super Liqa: “Qalatasaray” “Fənərbağça”nı geridə qoydu - VİDEO
Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Ankaragücü” ilə qarşılaşıb.
Matç İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı 49-cu dəqiqədə Ankara klubunun heyətində Ronaldo Çefas açıb. Lakin “aslanlar” geridönüş etməyi bacarıblar. 56-cı dəqiqədə Uilfrid Zaha fərqlənib. 70-ci dəqiqədə Hayrullah Bilazerin avtoqolu “Qalatasaray”ı qalib edib.
Xallarını 19-a çatdıran Okan Burukun komandası “Fənərbağça”nı (18 xal) geridə qoyaraq birinci pilləyə yüksəlib. Komanda bir oyun artıq keçirib.
Super Liqa: “Qalatasaray” “Fənərbağça”nı geridə qoydu - VİDEO
Faiq Tahirov
"Qalatasaray" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər