3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, final oyununda Azərbaycanın “Neftçi” klubu Niderland millisi ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 20:12 hesabı ilə məğlub edib.


15:09
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Niderland yarımfinalda Almaniyanı 21:10 hesabı ilə məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
Finalda Niderland Azərbaycanın “Neftçi” klubu ilə qarşılaşacaq.
14:29
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində yarımfinal oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk qarşılaşmada Azərbaycanın “Neftçi” klubu Macarıstan millisi ilə qarşılaşıb.
15:14 hesabı ilə qalib gələn təmsilçimiz finala yüksəlib. Həlledici qarşılaşmada “Neftçi”nin rəqibi Almaniya - Niderland görüşünün qalibi olacaq.
13:46
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci günə start verilib.
Oxu.Az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyununda Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib.
Komanda yarımfinalda “Neftçi” klubunun rəqibi olub.
1/4 finalın digər qarşılaşmasında Almaniya yığması Yaponiyanın “G FLOW” klubu ilə qarşılaşıb və 22:16 hesablı qələbə qazanıb.
Almaniya yarımfinalda Niderlanda rəqib olub.
10:12
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.
Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın “G FLOU” klubu ilə üz-üzə gələcək.
“Neftçi” klubu yarımfinalda Macarıstan - Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya - “G FLOU” duelinin güclüsü ilə qarşılaşacaq.
Qarşılaşmalar saat 13:00-da start götürəcək.