Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tanınmış futbolçu zorlamada günahlandırılır
"Milan"ın hücumçusu Robinyo qrup halında zorlamada iştirak etməkdə günahlandırılır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, "Santos"un heyətində icarə əsasında çıxış edən braziliyalı, 18 yaşlı qızın şikayəti əsasında müstəntiqin suallarını cavablandıracaq.
Hadisə 2013-cü ilin yanvar ayında baş verib. Robinyo 5 dostu ilə birlikdə həmin qıza restoranda rast gəliblər.
Futbolçunun xanımı yanında olsa da, o, tezliklə həyat yoldaşını evə aparıb və yenidən restorana qayıdıb. Sözügedən hadisə də bundan sonra baş verib.
Qeyd edək ki, 2009-cu ildə "Mançester Siti"də oynayarkən də Robinyonun adı analoji məsələdə hallanmışdı.
"AC Milan" teqi üzrə xəbərlər
- İtaliya A Seriyası: "Milan"dan əzmkar qələbə
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- İngiltərə millisinin DÇ-2026-nın seçmə mərhələ oyunları üçün heyəti bəlli oldu
- Juan Feliks "Milan"da da etimadı doğrultmadı – Yollar ayrılır
- Alleqri yenidən "Milan"a qayıda bilər