ABŞ-ın “Toronto” klubunda çıxış edən tanınmış italiyalı futbolçu Sebastyan Covinko “Atlanta” komandasına qarşı oyun zamanı meydançaya atılmış pivəni içib.
Oxu.Az-ın xəbərinə görə, plastik stəkanda olan içki Covinkonun komanda yoldaşı Jozi Altidora atılıb. Pivəni içəndən sonra italiyalı stəkanı tribunalara tullayıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
S.B.
www.oxu.az