Bu gün “Neftçi” uzun fasilədən sonra UEFA Çempionlar Liqasına qayıdışını gerçəkləşdirib.
Azərbaycan çempionu turnirin I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Tbilisidə “Dinamo”nun qonağıdır.
Oxu.Az xəbər verir ki, bu, “Neftçi”nin Çempionlar Liqasında Gürcüstan klubları ilə üçüncü matçıdır.
Komandamız daha əvvəl 2012-ci ildə Gürcüstanın “Zestafoni” klubu ilə qarşılaşıb. “Neftçi” Gürcüstan çempionunu Bakıda 3:0 məğlub edib, səfərdə 2:2 hesablı sərfəli nəticə əldə edib.
O vaxt “Neftçi”nin vitse-prezidenti işləmiş Tahir Süleymanov həmin qələbədən sonra “Neftçi”nin bunu qeyd etməsinə dair görüntüsünü paylaşıb:
Səbuhi Musayev