Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Tayson dünyanın səbirsizliklə gözlədiyi görüşün baş tutmamasının səbəbini açıqladı - FOTO](https://images.oxu.az/2023/10/27/13/50/24/7c40e8a3-5d3a-48c1-be48-cf6ab132e18f/page:1200.jpg)
Tayson dünyanın səbirsizliklə gözlədiyi görüşün baş tutmamasının səbəbini açıqladı - FOTO
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson rusiyalı qarışıq döyüş sənətləri (MMA) döyüşçüsü Fyodr Yemelyanenko ilə döyüşməkdən imtina edib.
O, bu barədə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən mətbuat konfransında elan edib.
Tayson bunun səbəbini də izah edib.
“Fyodorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir”, - deyə əfsanəvi boksçu bildirib.
Qeyd edək ki, rusiyalı boksçu avqust ayında keçmiş dünya çempionu ilə döyüşmək arzusunda olduğunu bildirib. Sentyabrda Yemelyanenkonun Taysonla döyüşmək üçün danışıqlar apardığı və boks məşqlərinə başladığı məlum olub.
Tayson sonuncu dəfə 2020-ci ildə həmyerlisi Roy Consa qarşı rinqə çıxıb. Döyüş heç-heçə başa çatıb. Bu Taysonun son 15 ildə ilk çıxışı olub.
Mənbə: Lenta.ru
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- Səudiyyə Ərəbistanı İsrailə qarşı şərtini irəli sürdü
- Suriyanın yeni lideri ilk xarici səfərini edib
- Fələstin İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edir
- Səudiyyə kralı ölkə əhəmiyyətli bir iş üçün Hans Zimmerə müraciət etdi
- Tramp: "ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neft qiymətlərini endirməsi üçün səy göstərəcək"
Rəylər