Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Təcavüzdə günahlandırılan Alveşlə bağlı növbəti məhkəmə qərarı açıqlandı
Barselona məhkəməsi ötən ilin dekabrında gecə klubunda qadına təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmasını növbəti dəfə rədd edib.
Məlumata görə, artıq üçüncü dəfədir ki, Barselona məhkəməsi braziliyalı futbolçunun apelyasiya şikayətlərini təmi etmir.
Məhkəməyə görə, təqsirləndirilən şəxsin qaçma riski qalmaqdadır, çünki prokurorlar onun üçün doqquz il həbs tələb edirlər. Buna görə də Alveşin istəyi təmin oluna bilməz.
İdmançının vəkilinin sözlərinə görə, Alveş artıq zərərçəkənə 150 min avro məbləğində təzminat ödəyib, ona görə də həbs müddəti iki ildən çox olmamalıdır. Prokurorluq isə israr edir ki, kompensasiya yüngülləşdirici hal olmamalıdır.
Xatırladaq ki, Alves altı aydan çoxdur Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında o, Barselonadakı “Satton” gecə klubunda 23 yaşlı qadını zorlamaqda ittiham olunub.
Mənbə: championat.com
"Barselona" teqi üzrə xəbərlər
- Robert Levandovski Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan altı komanda bəlli olub
- UEFA Çempionlar Liqası: "Barselona" son dəqiqələrdə "Benfika"nı üstələdi
- UEFA Çempionlar Liqası: VII tura doqquz görüşlə start veriləcək
- İspaniya Kubokunda dörddəbir final mərhələsinin püşkatma mərasimi keçirilib
Rəylər