Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tıxaca görə Dünya Kuboku oyununa gecikən Azərbaycan şahmatçısına məğlubiyyət verildi
Azərbaycan şahmatçısı Eltac Səfərli Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda problemlə üzləşib.
Oxu.Az xəbər verir ki, o, panamalı Roberto Sançeslə ikinci görüşə gecikdiyi üçün texniki məğlubiyyətlə üzləşib.
Turnirin qaydalarına görə oyuna maksimum 15 dəqiqə gecikmək olar. Azərbaycanlı qrosmeyster isə startdan 22 dəqiqə sonra yarışın keçirildiyi məkana çatıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, şahmatçının gecikməsinə tıxac səbəb olub.
Dünən keçirilən ilk partiyada qalib gələn E.Səfərli sabah rəqibi ilə tay-breykdə üz-üzə gələcək.
Ən çox oxunanlar
Rəylər