Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tokio Olimpiadası: İrina Zaretskaya da gümüş medalla kifayətləndi - YENİLƏNİB + FOTO
Azərbaycanın daha bir idmançısı finalda büdrəyib.
Oxu.Az xəbər verir ki, karateçimiz İrina Zaretskaya Feryal Abdelazizə (Misir) 0:2 hesabı ilə uduzub.
Bununla da İrina Zaretskaya da karateçi Rafael Ağayev və sərbəst güləşçi Hacı Əliyev kimi finalda uduzaraq, gümüş medalla kifayətlənib.
15:31
İrina Zaretskaya Tokio Olimpiadasında finala çıxıb.
Oxu.Az xəbər verir ki, o, yarımfinalda Qonq Liyə (Çin) 7:2 hesabı ilə qalib gələrək finala çıxıb.
İdmançımızın rəqibi Feryal Abdelaziz (Misir) – Sofya Berultseva (Qazaxıstan) cütünün qalibi olacaq.
11:54
İrina Zaretskaya qrupda sonuncu görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, o, türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
İrina altı xalla qrup lideri olub. O, yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin edib.
10:54
İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.
İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.
10:28
İrina Zaretskaya Olimpiadanın qrupunda ikinci qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.
09:46
Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.
İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Səbuhi Musayev