Tokio Olimpiadasında iştirak edəcək idmançıların antidopinq qaydaları açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AMADA-nın Təhsil şöbəsinin rəhbəri Lalə Hacıyeva məlumat verib.
Anti-dopinq nümunələri Tokio laboratoriyasında yoxlanılacaq və nəticələr 24-72 saat ərzində hazır olacaq. İdmançılar məkan məlumatlarını vaxtında təqdim etmədiyi halda müəyyən problemlə üzləşə bilər.
İdmançıların özünün işlək elektron poçtu olmalıdır. Çünki dopinq testinin nəticələrinə dair məlumatlar həmin elektron poçta göndəriləcək.
İdmançı Olimpiadanın Bağlanış mərasimi günü yarışırsa, o, yarış məkanına bağlanış mərasimində iştirak etmək üçün lazım olan bütün əşyalarını (uniforma da daxil olmaqla) özü ilə götürməlidir. Atlet Bağlanış mərasimi günü bildiriş alarsa, o, dopinq testi bitməmiş Bağlanış mərasimində iştirak edə bilməz. Dopinq testindən keçdikdən sonra onun üçün xüsusi nəqliyyat ayrılacaq.
Olimpiya Oyunları zamanı hansı dərmanların tərkibində dopinq olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi sayt işlək olacaq. İdmançılar və ya onların məşqçiləri həmin siyahıda dopinq tərkibli dərmanların adlarına baxa biləcək.
Səbuhi Musayev