Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tomas Müller həyat yoldaşı ilə ayrılıb?
“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib.
Cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir.
Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər, hər ikisinin 34 yaşı var. Onlar birlikdə Otterfinq yaxınlığında (Münhendən 30 kilometr cənubda) atçılıq fermasına sahibdirlər.
Liza peşəkar səviyyədə atçılıqla məşğul olur. Müller isə bütün peşəkar karyerasını “Bavariya”da keçirib. O, 12 dəfə Bundesliqanın, altı dəfə Almaniya kubokunun və iki dəfə Çempionlar Liqasının qalibi olub.
Mənbə: championat.com
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir
- Pep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb
- Avropanın "TOP-5" liqasında çempionluq yaşayan yeganə baş məşqçi – Karlo Ançelotti
- Moldovanın "Şerif" klubu Azərbaycan millisinin yarımmüdafiəçisi ilə danışıqlara başlayıb
- Klublarımızdan avrokubok gözləntiləri