UEFA Çempionlar Liqasının ikinci finalçısı İngiltərənin “Totenhem” klubu olub.
Oxu.Az xəbər verir ki, London klubu Hollandiyada “Ayaks”la matçda 0:2 hesabı ilə geridə olsa da, özündə güc taparaq 3:2 qalib gəlib.
London klubunda braziliyalı Lukas Moura het-trik edib. Cənubi amerikalı futbolçunun hakimin matça əlavə etdiyi son dəqiqədə vurduğu qol “Totenhem”i finala çıxarıb. London klubu tarixində ilk dəfə Çempionlar Liqasının finalında oynayacaq.
Beləliklə, Çempionlar Liqasında “Liverpul”un finaldakı rəqibinin İngiltərə klubu olduğu müəyyənləşib. Final matçı iyunun 1-də Madriddə yerləşən “Vanda Metropolitano” stadionunda keçiriləcək.