İngiltərə Premyer Liqasında XXIV turun bir sıra görüşləri keçirilib.
Çempionatın lideri “Mançester Siti” “Etihad” arenasında “Brentford”u, “Totenhem” eyniadlı stadionda “Sauthempton”u, “Aston Vila” isə “Vila Park”da “Lids”i qonaq edib.
“Şəhərlilər” asan qələbə qazansalar da (2:0), “Totenhem” oyunun sonlarına yaxın qələbəni əldən verib – 2:3. “Aston Vila” isə bir xalla kifayətlənməli olub – 3:3.
Klubun heyətində “Barselona”dan icarəyə alınmış Filipo Koutinyo xüsusilə seçilib. Premyer Liqaya qayıdan braziliyalı yeni klubunun heyətindəki üçüncü oyununda da 1 qol və 2 məhsuldar ötürməylə fərqlənməyi bacarıb. Bötüvlükdə, yarımmüdafiəçi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Həmçinin, bu gecə İtaliya Kuboku uğrunda daha bir 1/4 final matçı keçirilib.
“Cuzeppe Meatsa” stadionunda “Milan” “Latsio”nu qəbul edib. Oyun ev sahiblərinin mütləq üstünlüyü ilə keçib – 4:0
Beləliklə də, “rossonyeri”lər fevralın 8-də “Roma” üzərində 2:0 hesablı qələbə qazanan “İnter”lə yarımfinalda rəqib olub.
“Atalanta” – “Fiorentina” və “Yuventus” – “Sassuolo” matçları isə fevralın 10-da baş tutacaq. Yarımfinalın növbəti cütlüyünü məhz bu oyunların qalibləri təşkil edəcək.
İngiltərə Premyer Liqası
XXIV TUR
“Mançester Siti” – “Brentford” 2:0
“Totenhem” – “Sauthempton” 2:3