Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konfrans Liqasının qrup mərhələsinin final mərhələsində İngiltərənin “Tottenhem” və Fransanın “Renn” klubları arasında keçiriləcək oyunu ləğv etmək qərarına gəlib.
Bu barədə UEFA-nın bəyanatında məlumat verilib.
“Tottenhem”in mətbuat xidməti bunu komandada koronavirusun yayılması ilə izah edib. Çərşənbə günü komandanın baş məşqçisi Antonio Konte səkkiz futbolçunun və beş klub əməkdaşının virusa yoluxduğunu bildirib. Qarşılaşmanın qeyri-müəyyən müddətə təxirə salına biləcəyi ehtimal edilirdi, ancaq oyun ləğv edilib.
UEFA açıqlamasında qeyd edir ki, matçın nəticəsini qurumun nəzarət, etika və nizam-intizam komitəsi müəyyən edəcək.
Konfrans Liqasının qrup mərhələsinə cümə axşamı yekun vurulub. “Renn” beş oyunda 11 xalla “G” qrupunda birinci, Niderlandın “Vitess” (altı görüşdən sonra on xal) ikinci, “Tottenhem” (beş oyundan sonra yeddi xal) üçüncü, Sloveniyanın “Mura” (altı oyunda üç xal) komandası isə dördüncü yerdə qərarlaşıb.
Agence France-Presse