İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Turnirin iddialı kollektivlərindən olan “Tottenhem” doğma meydanda “Everton”dan üstün olub - 2:1. Bu qələbə sayəsində xallarını 36-ya çatdıran klub turnir cədvəlində bir oyun az keçirən “Mançester Siti”ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. “Everton” isə 16 xalla 16-cı yerdə qalıb.