Türkiyə Superliqasının 9-cu turu çərçivəsində "Rizespor" - "Trabzonspor" və "Beşiktaş" - "İstanbul Başakşəhər" matçları keçirilib.
Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada "Beşiktaş" rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları O Hyon Kyu və Cunior Oliatan vurublar. Aktivində 18 xal olan "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "İstanbul Başakşəhər" isə 11 xalla 12-ci yerdədir.
Çempionluğa iddialı "Trabzonspor" səfərdə "Rizespor"u 3:4 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Melih Kabaskal, Aral Şimşir və Frankulinu Cu (iki qol) fərqləniblər. "Rizespor"un qollarını isə Cennaro Borrelli (iki qol) və Kazım Lyaçi vurublar.
"Trabzonspor" 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Rizespor" isə 10 xalla 13-cü yerdədir.