Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Turan Tovuz" klubunun insult keçirən baş meneceri palataya köçürülüb
"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov palataya köçürülüb.
Bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:
"Atamı bu gün palataya köçürdülər. Şükürlər olsun ki, vəziyyəti yaxşıya doğru gedir. Hazırda ayağını hərəkət etdirə bilir. Sağ əli və nitqi düzəlməyib. Həkimlər tez bir zamanda vəziyyətinin tam olaraq yaxşılaşacağını bildiriblər".
Qeyd edək ki, İman Həsənov beş gün öncə insult keçirib.
"Turan Tovuz FK" teqi üzrə xəbərlər
- 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi bəlli oldu
- "Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
- Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"la bərabərə qaldı
- AFFA "Turan Tovuz"u yenə cəzalandırdı
Ən çox oxunanlar